AZ EN

Financial Market Supervisory Authority Of The Republic Of Azerbaijan

Press releases

30 december 2016, 16:57

Bayram günləri banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək



30 dekabr, 2016-cı il, Bakı – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə bayram günlərində – 31 dekabr - 4 yanvar tarixlərində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsi məqsədilə Palata banklara gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə etmişdir.

Bununla əlaqədar olaraq, 25 bankın Bakı və əsas turizm bölgələrində 59 filial və şöbəsi 31 dekabr – 4 yanvar tarixlərində turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin, bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılmışdır.
O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinator: Rövşən Məmmədli; Tel: 493-50-58 (dax: 300);

Email:  rovshan.mammadli@fmsa.az
31 dekabr – 4 yanvar tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış  olmaq olar:

Media orqanları əlavə məlumat almaq üçün müraciətlərini press@fmsa.az  elektron poçt ünvanına göndərə bilərlər.
 

Bayram günlərində çalişacaq filialların siyahısı



 
See others »